"Əl-Nəsr"  "Mançester Siti"nin ulduzu ilə anlaşıb
04 iyul 2024 10:10 (UTC +04:00)

"Əl-Nəsr" "Mançester Siti"nin ulduzu ilə anlaşıb

Premyer Liqa nəhənglərindən "Mançester Siti"nin qapıçısı Ederson karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə hazırdır.

Apasport.az xəbər verir ki, braziliyalı artıq "Əl-Nəsr"in təklifi ilə razılaşıb.

Səudiyyə nəhəngi yaxın vaxtlarda "Mançester Siti" ilə transferin şərtləri ilə bağlı rəsmi danışıqlara başlayacaq.

Daha əvvəl mətbuatda çıxan məlumatlara görə , "Əl-Nəsr" 30 yaşlı “Siti”nin qapıçısına illik 30 milyon avro maaş təklif edib. Edersonun "Mançester Siti" ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. "Transfermarkt" portalı braziliyalı qolkiperin qiymətini 35 milyon avro olaraq qiymətləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1527
avatar

Oxşar yazılar