Əfran İsmayılov səfirin evində qonaq oldu
23 mart 2023 03:55 (UTC +04:00)

Əfran İsmayılov səfirin evində qonaq oldu

"Meksika səfiri ilə Yaponiya səfirliyinin tədbirində tanış olmuşdum".

Lent.az xəbər verir ki, bunu apasport.az-a açıqlamasında sabiq futbolçu Əfran İsmayılov deyib.

O, Meksika səfiri Mariya Viktoriya Romero Kabalyeronu həyat yoldaşı ilə birgə evinə qonaq çağırmasından danışıb. 34 yaşlı İsmayılov bu münasibətin necə yarandığını açıqlayıb:

"Həyat yoldaşım Səudiyyə Ərəbistanı səfirliyində işləyib. Ona görə də Azərbaycandakı səfirliklərin bayram tədbirləri olanda dəvət alır. Mən də bəzən onunla gedirəm. Yaponiya səfirliyinin tədbiri zamanı Meksika səfiri ilə şəxsən tanış olmaq imkanımız oldu. Futboldan söhbət düşdü, ünsiyyətimiz yaxşı alındı. Onda bizi ailəlikcə evinə qonaq dəvət etdi. Daha sonra biz onları evimizə qonaq çağırdıq. Sağolsun, o da dəvətimizi yerə salmadı".

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev yanvarın 26-da Meksikanın yeni fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyeronun etimadnaməsini qəbul edib.

# 2112
avatar

Oxşar yazılar

Bakıda taekvondo üzrə dünya çempionatı başlayır

Bakıda taekvondo üzrə dünya çempionatı başlayır

29 may 2023 , 00:16
Formula 1 Monako Qran-Prisinin qalibi Maks Ferstappen oldu

Formula 1 Monako Qran-Prisinin qalibi Maks Ferstappen oldu

28 may 2023 , 22:20
PSJ 11-ci dəfə Fransa ÇEMPİONU OLDU

PSJ 11-ci dəfə Fransa ÇEMPİONU OLDU

28 may 2023 , 04:11
Ronaldo çempionluq şansını İTİRDİ

Ronaldo çempionluq şansını İTİRDİ

28 may 2023 , 02:58
Onlar “Bavariya”dan  GEDİRLƏR

Onlar “Bavariya”dan GEDİRLƏR

28 may 2023 , 01:44
"Bavariya" kuboksuz qaldığı üçün baş direktoru qovulur

"Bavariya" kuboksuz qaldığı üçün baş direktoru qovulur

27 may 2023 , 18:18
İngiltərədə mövsümün ən yaxşı FUTBOLÇUSU

İngiltərədə mövsümün ən yaxşı FUTBOLÇUSU

27 may 2023 , 15:50
Əfsanəvi futbolçu musiqiçiliyə başladı

Əfsanəvi futbolçu musiqiçiliyə başladı

27 may 2023 , 12:16