Tərtərdə dolu ciddi fəsadlar törətdi - VİDEO
11 may 2025 21:57 (UTC +04:00)

Tərtərdə dolu ciddi fəsadlar törətdi - VİDEO

Tərtər rayonunda yağan dolu kənd təsərrüfatı sahələrinə ciddi ziyan vurub.

Lent.az APA-ya istinadən xəbər verir ki, Kəbirli, Xoruzlu və Bayandur kəndlərinə yağan dolu nəticəsində kənd sakinlərinə məxsus günəbaxan, dənli və yem bitkiləri əkilmiş sahələr, eləcə də meyvə bağları zərər görüb.

Hazırda təbii fəlakətin vurduğu ziyanın dəqiq miqdarı müəyyənləşdirilməyib.

Oxşar hava hadisəsi Bərdə rayonunda da müşahidə olunub. Xüsusilə Cicimli kəndində fərdi əkin sahələrinə ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731

Oxşar yazılar