"Mançester Siti"nin hücumçusu Erlinq Haaland 2025-ci ilin yayında karyerasında növbəti addımı atmağa və İngiltərə klubunu tərk etməyə hazır olduğuna qərar verib.
Lent.az bildirir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Mənbənin məlumatına görə, PSJ norveçli futbolçuya fəal maraq göstərir. Bununla belə, Fransa klubunun təklif edə biləcəyi sanballı maliyyə şərtlərinə baxmayaraq, Haalandın prioriteti “Barselona” və ya “Real”a keçməkdir.
Həm Kataloniya, həm də Madrid klubunun Haalandın transferi ilə heyətini gücləndirməsini istədiyi vurğulanır.
24 yaşlı hücumçu 2022-ci ilin yayından “Mançester Siti”də çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 10 oyunda iştirak edib, 11 qol vurub. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.