Dünya çempionu özünü güllələdi
28 aprel 2021 18:27 (UTC +04:00)

Dünya çempionu özünü güllələdi

Rusiyalı hokkeyçi Roman Qeyzel intihar edib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 40 yaşlı idmançı özünü güllələyib.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. 

Qeyzel oyunçu karyerasının ağır zədədən sonra 32 yaşında başa vurub. Qapıçı mövqeyində oynayan Qeyzel 2005 və 2011-ci illərdə Rusiyanın ən yaxşı qapıçısı adına layiq görülüb. 

Rusiya millisinin heyətində topla hokkey üzrə 6 dünya çempionatında oynayıb və onların 4-də - 2006, 2007, 2008 və 2011-ci illərdə dünya çempionu olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3819
avatar

Oxşar yazılar