Qarışıq döyüş sənəti (MMA) üzrə braziliyalı döyüşçü Conni Uoker döyüşdən əvvəl rusiyalı Maqomed Ankalayevin şəklini yeyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, idmançı Ankalayevin şəklinin əlavə olunduğu idman zalında kisə üzərində yumruqlarla necə məşq etdiyini göstərib. Braziliyalı daha sonra üzünü kameraya çevirir və şəkli yeyir.
Ankalayevlə Uoker arasında döyüş oktyabrın 21-də Əbu-Dabidə keçiriləcək. Döyüş UFC 294 turniri çərçivəsində baş tutacaq. Axşamın əsas döyüşündə Mütləq Döyüş Çempionatı (UFC) üzrə Rusiya çempionu İslam Mahaçev braziliyalı Şarl Oliveyra ilə revanş döyüşü keçirəcək.