Bayron Kastilo
06 may 2022 19:14 (UTC +04:00)

Bayron Kastilo

DÇ-2022 ərəfəsində qalmaqalı iddia: Ekvador millisində saxtakarlıq... 

DÇ-2022-ə vəsiqə qazanan Ekvador millisinin futbolçusu Bayron Kastilonun sənədlərində saxtakarlıq aşkarlanıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu iddia ilə Çili Futbol Assosiasiyası çıxış edib.

Çilililər FİFA-dan ekvadorlu futbolçunun qeydiyyatını yoxlamağı xahiş edirlər.

Məlum olub ki, “Barselona” klubunda çıxış edən Bayron Kastillo sənədlərində göstərildiyi kimi Ekvadorda deyil, Kolumbiyada anadan olub.

Açıqlamada Kastilonun doğum tarixinin də saxta olduğu iddia edilir.

Bildirilib ki, futbolçunun 1998-ci il noyabrın 10-da Ekvadorun Uilyam Playa şəhərində deyil, 25 iyul 1995-ci ildə Kolumbiyada, Tumako şəhərində anadan olmasına dair saysız-hesabsız sübutlar var.

Qeyd edək ki, 2021 və 2022-ci illərdə Kastilo Ekvador üçün səkkiz Dünya Kubokunun seçmə mərhələsində, o cümlədən Çili ilə qarşılaşmada iştirak edib. 

Xatırladaq ki, 2022-ci il dünya çempionatının püşkatma mərasimi nəticəsində Ekvador Qətər, Sineqal və Hollandiya komandaları ilə A qrupunda yer alıb.

2022-ci il dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

# 1683
avatar

Rəsul SARI

Oxşar yazılar