Çempionlar Liqasının formatı dəyişəcək – 36 klub
10 may 2022 18:03 (UTC +04:00)

Çempionlar Liqasının formatı dəyişəcək – 36 klub

2024/25 mövsümündən etibarən Çempionlar Liqasının formatı dəyişəcək.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında yarışın formatında yeni dəyişikliklər təsdiqlənib.

İslahatlar çərçivəsində əsas dəyişiklik hazırkı formada olan 32 komandadan ibarət qrup mərhələsinin ləğv edilməsidir. 2024/25 mövsümündən etibarən qrup mərhələsi əvəzinə 36 klubdan ibarət vahid liqa olacaq.

Eyni zamanda, oyunların sayı əvvəlcədən planlaşdırılandan az olacaq. Qitə futbol qurumu 2024-cü ildən İsveçrə sisteminə uyğun olaraq Çempionlar Liqasında qrup matçlarının sayını 10-dan 8-ə endirməyə razılıq verib.

Həmçinin, UEFA əmsallar planından imtina edəcək və indiki kimi, beş mövsüm ərzində komanda əmsallarını əsas götürməyəcək. Yəni 2024-cü ildən əvvəlki mövsümün ən yaxşı iki ölkəsinə əlavə yer veriləcək.

# 2694
avatar

Oxşar yazılar