Çempionlar Liqası: “Qarabağ” “Lex”ə məğlub oldu
05 iyul 2022 23:55 (UTC +04:00)

Çempionlar Liqası: “Qarabağ” “Lex”ə məğlub oldu

Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” bu gün qitənin ən nüfuzlu klub turnirində mübarizəyə qoşulub.

Ağdam təmsilçisi ilk oyununu səfərdə keçirib. Qurban Qurbanovun yetirmələri Poznanda Polşa çempionu “Lex”in qonağı olub. “Qarabağ” matçı rəqibindən üstün keçirməsinə baxmayaraq, səfərdən məğlubiyyətlə dönür.

Kapitan Mikael İshakın 41-ci dəqiqədə vurduğu yeganə qol polşalılara 1:0 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə qarşılaşacaq.

# 1680
avatar

Oxşar yazılar