Bu klub rekord qırdı - 34 oyundur  uduzmur
01 iyun 2024 13:07 (UTC +04:00)

Bu klub rekord qırdı - 34 oyundur uduzmur

“Əl-Hilal” “Ginnesin Rekordlar Kitabı”ndan sertifikat alıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Səudiyyə Ərəbistanı klubu ardıcıl 34 oyunda qalib gələrək rəsmi dünya rekordunu müəyyənləşdirib. “Əl-Hilal” 2023-cü ilin sentyabrından 2024-cü ilin aprelinə qədər hər oyunda qalib gəlib.

Asiya Çempionlar Liqasının yarımfinal oyununda “Əl-Hilal”ın “Əl-Ayn”a (BƏƏ) 4:2 hesabı ilə uduzması ilə seriya kəsilib.

2023-cü ilin yayında “Əl-Hilal” heyətini Neymar, Malkom, Ruben Neves, Aleksandar Mitroviç, Sergey Milinkoviç-Saviç və Kalidou Koulibaly kimi ulduzlarla zənginləşdirib.

Çempionatın yekununda “Əl-Hilal” 96 xal toplayaraq Səudiyyə Ərəbistanı çempionu olub. “Əl-Nasr” ikinci yeri tutub (82 xal), “Əl-Əhli” isə ilk üçlüyü (65 xal) tamamlayıb.

Dünən, mayın 31-də “Əl-Hilal” finalda “Əl-Nəsr”ə qalib gələrək (1:1, 5:4 pen.) Səudiyyə Ərəbistanı kubokunun qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1779
avatar

Oxşar yazılar