BOK Rusiya və Belarusla bağlı qərarını dəyişmədi
05 dekabr 2022 23:29 (UTC +04:00)

BOK Rusiya və Belarusla bağlı qərarını dəyişmədi

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin iclası keçirilib.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, yığıncaqda Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılması ilə tövsiyəyə yenidən baxılıb.

BOK beynəlxalq federasiyalara verilən sanksiya tövsiyələrini ləğv etməyib. Bunu qurumun nümayəndəsi Mark Adams açıqlayıb: “Mövqe dəyişməyib. Fevraldan qüvvədə olan tədbirlər dəyişməz qalacaq”.

Qeyd edək ki, BOK fevralın 28-də bütün beynəlxalq idman federasiyalarına Ukraynadakı vəziyyətə görə Rusiya və Belarus təmsilçilərini yarışlara buraxmamağı tövsiyə edib.

# 1665
avatar

Oxşar yazılar