Bekhemin böyük uğuru:  müharibəyə girdi,  qalib gəldi, 240 milyon qazandı  
21 aprel 2024 09:27 (UTC +04:00)

Bekhemin böyük uğuru: müharibəyə girdi, qalib gəldi, 240 milyon qazandı 

Devid Bekhem son bir neçə ildə onun adını daşıyan saxta məhsullar satan 150-yə yaxın şirkəti məhkəməyə verib. 

Lent.az xarici mediaya istinadən bildirir ki, İngiltərə millisinin keçmiş oyunçusu davada qalib gəlib və sərvət qazanıb.

Bekhemə məxsus xarici şirkət DB Ventures təxminən 150 şirkətə qarşı iddia qaldırıb. Keçmiş futbolçunun təşkilatı bir sıra şirkətləri onun şəkli və ya adı olan saxta məhsulları satmaqda ittiham edib. Onların fəaliyyəti sayəsində ingilis külli miqdarda pul itirib.

Saxta mallar əsasən Çin bazarında və onlayn platformalar vasitəsilə satılıb. Bekhemin ittiham etdiyi şirkətlər başqa şeylərlə yanaşı, ingilisin avtoqrafı ilə ayaqqabı, geyim, şəxsi qulluq məhsulları, zinət əşyaları və ya futbol aksesuarları satıb.
“The Sun” qəzetinin yazdığına görə, Bekhem, nəhayət səbrini itirərək ayrı-ayrı şirkətləri məhkəməyə verib. 48 yaşlı ingilis məsələyə ciddi yanaşıb.

"İnter Mayami"nin ortaq sahibi hətta ticarət markası üzrə ekspertləri də dəvət edib. Hüquq qrupu Sladkus Law Group fırıldaqçıları axtarıb və 150-yə yaxın şirkəti aşkarlayıb.

Bekhemin obrazı ilə saxta mal alveri ingilisin idarə etdiyi DB Ventures şirkətinə böyük itkilər gətirdiyindən məşhur futbolçu hər şirkətdən 1,6 milyon avroya qədər pul almaq istəyib. Həftələrlə davam edən mübarizədən sonra onun indi sevinmək üçün səbəbi var.

Amerika məhkəməsində keçirilən proses Bekhemin xeyrinə başa çatıb. “İnter Mayami” rəhbəri təqsirləndirilən şirkətlərdən təxminən 240 milyon funt-sterlinq dəyərində böyük bir təzminat alacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3294
avatar

Oxşar yazılar