“Bavariya”dakı işini  XATIRLADI
23 fevral 2024 18:02 (UTC +04:00)

“Bavariya”dakı işini XATIRLADI

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann "Bavariya"dakı fəaliyyətini xatırlayıb. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, almaniyalı mütəxəssis 2021-2023-cü illərdə Münhen klubuna rəhbərlik edib.

“Bavariya”ya vəziyyəti dəyişmək məqsədi ilə təyin olundum. Elə klublar var ki, sənə vaxt verir. Yurgen Klopp ilk dəfə çempion olana qədər “Liverpul”da beş il keçirdi. Pep Qvardiola təyinatından cəmi 7 il sonra “Mançester Siti” ilə Çempionlar Liqasının qalibi olub. “Bavariya” məşqçilərinin nəyisə inkişaf etdirməyə çox vaxtı yoxdur”, - Naqelsmann söyləyib.

Xatırladaq ki, Yulian “Bavariya”dan sonra Almaniya millisinə rəhbərlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3594
avatar

Oxşar yazılar