Baş məşqçidən milli komandaya çağırılmamasını  xahiş etdi
04 oktyabr 2024 18:02 (UTC +04:00)

Baş məşqçidən milli komandaya çağırılmamasını xahiş etdi

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruynenin İtaliya və Fransa ilə Millətlər Liqası oyunları üçün heyətdə olmamasına münasibət bildirib.

“Kevinlə uzun müddət telefon danışığım oldu. Onun zədəsi var, lakin İngiltərə klubunda oynamağa davam etmək və 2026-cı ildə keçiriləcək Dünya çempionatında iştirak etmək üçün çox həvəslidir.

O, orqanizmini qorumaq üçün indi və noyabr ayında onu milliyə çağırmamağı xahiş edib. Klublararası dünya çempionatına görə təqvim daha da gərginləşib. Ona görə də o, indi burada deyil və noyabrda da olmayacaq. Amma həqiqətən vacib olanda - Dünya Çempionatına - o gedəcək”, - Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Tedesko bildirib.

Sentyabrda De Bruyne Millətlər Liqasında Fransa komandasına məğlubiyyətdən (0:2) sonra Belçika millisinin futbolçularının çıxışına sərt şəkildə narazılığını bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1428
avatar

Oxşar yazılar