"Barselona"dan daha bir futbolçu getdi
15 avqust 2022 17:07 (UTC +04:00)

"Barselona"dan daha bir futbolçu getdi

Yay transfer dönəminin fəal komandalarından olan “Barselona” daha bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Aleks Kolyado Kataloniya klubundan ayrılıb.

La Liqa təmsilçisi 23 yaşlı ispaniyalını bir il müddətinə “Elçe”yə icarəyə verib. Ancaq Kolyadonun birdəfəlik transferi sözləşmədə öz əksini tapmayıb. “Elçe” futbolçunun maaşının yalnız 50 faizini ödəyəcək. O, qalan məbləği “Barselona”dan alacaq.

Qeyd edək ki, Aleks Kolyado ötən mövsümün ikinci dövrəsini icarə əsasında “Qranada”da keçirib.

# 1761
avatar

Oxşar yazılar