Azərbaycanın məşhur futbolçusu faciəli şəkildə öldü
01 iyun 2021 15:28 (UTC +04:00)

Azərbaycanın məşhur futbolçusu faciəli şəkildə öldü

“Neftçi” klubunun veteran futbolçusu Səmədağa Şıxlarov vəfat edib.

Bu barədə apasport.az saytına Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. O bildirib ki, 66 yaşlı futbol veteranını avtomobil vurub. Hadisə Həsən Əliyev küçəsindəki evinin yaxınlığında baş verib. Şıxlarov hadisə yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, Şıxlarov 1974, 1977-80, 1982-84-cü illərdə “Neftçi”nin formasını geyinib. O, həmçinin Sumqayıt “Xəzər”i, Mingəçevir “Avtomobilçi”si, Kiyev OİK-i, Gəncə “Kəpəz”i və Siyəzən “Çıraqqala”sında forma geyinib. 1982-ci ildə SSRİ Olimpiya yığmasında da cəlb olunan Şıxlarov karyerasının sonlarında “Neftçi”nin futzal komandasında da oynayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3060
avatar

Oxşar yazılar