Zoran Yankoviç
26 mart 2022 19:32 (UTC +04:00)

Zoran Yankoviç

“Azərbaycanı ikinci heyətlə də rahat məğlub edirdik” - Bolqarıstanlı futbolçu

“Mən hələ millidə oynayarkən gələcəyin parlaq olmadığını, yenidən böyük turnirlərə vəsiqə qazanmağın çətin olacağını demişdim”.

Lent.az-ın Apasport.az-a istinadən xəbərinə görə, bunu Bolqarıstan yığmasının sabiq futbolçusu Zoran Yankoviç deyib.

Ölkə futbolunun durumunu dəyərləndirən 48 yaşlı mütəxəssis Bolqarıstan yığmasının uğursuz çıxışının səbəblərini açıqlayıb.

O, bunu legionerlərinin az olması ilə əlaqələndirib:

“Bizim vaxtımızda xaricdə çıxış edən oyunçularımız Qərbi Avropanın aparıcı klubkarının əsas heyət üzvü idi. İndi belə futbolçularımız yoxdur. Barmaqla sayılacaq qədər legionerimiz var. Aparıcı liqalarda oyunçumuz yoxdur. İndi FIFA və UEFA daha çox imkan təklif edir. Ancaq başqa yığmalar da fürsətdən istifadə etmək istəyir. Biz Azərbaycanı hətta ikinci heyətlə də rahatlıqla məğlub edirdik. Ancaq indi bu, əsas heyətlə belə, çətindir”.

Qeyd edək ki, Zoran Yankoviç 2002-2007-ci illərdə Bolqarıstan millisinin formasını geyinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2034
avatar

Oxşar yazılar