Azərbaycandan braziliyalı hücumçuya TƏKLİF
01 oktyabr 2022 16:50 (UTC +04:00)

Azərbaycandan braziliyalı hücumçuya TƏKLİF

Braziliyanın "Santa Kruz" klubunda çıxış edən Rafael Furtado karyerasını Azərbaycanda davam etdirə bilər.

Lent.az "Folhape" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu Premyer Liqa təmsilçilərinin birindən təklif alıb.

Lakin hansı klubun braziliyalı hücumçu ilə maraqlandığı açıqlanmayıb.

Məlumat üçün bildirək ki, 23 yaşlı forvardın "Santa Kruz"la müqaviləsi noyabrda başa çatacaq. O, həmin klubun sözləşməni yeniləmək barədə təklifini rədd edib.

Qeyd edək ki, Rafael Furtado “Atletiko Mineyro”nun yetirməsidir. O, Portuqaliyanın “Koimbra” və ABŞ-ın “Boston Siti” klublarında legioner həyatı yaşayıb.

# 1644
avatar

Oxşar yazılar