Azarkeşə təpik vuran  baş məçqçi ilə bağlı YENİ XƏBƏR
20 may 2022 16:03 (UTC +04:00)

Azarkeşə təpik vuran baş məçqçi ilə bağlı YENİ XƏBƏR

İngiltərə polisi “Kristal Pelas”ın baş məşqçisi Patrik Vieyra ilə bağlı araşdırmaya başlayıb.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, buna səbəb fransalı mütəxəssisin azarkeşlə arasında yaşanan insident olub.

O, Premyer Liqanın XXXIII turundan “Everton”la təxirə salınmış oyunda liverpullu fanatlardan birini təpiklə vurub.

Mersisaydlılar əzmkar qələbə ilə (3:2) elitadakı yerini təmin təmin edib. Qalibiyyət qolunun ardından azarkeşlər meydançaya axın ediblər və onlardan biri Vieyraya acıq verməyə çalışıb. Buna qəzəblənən çalışdırıcı ona xətər yetirib. 

Yerli polis bəyanatında hadisə ilə bağlı bunları yayıb:

“Bütün görüntüləri toplamaq və şahidlərlə danışmaq üçün “Everton” klubu ilə əlaqə saxladıq. Heç bir rəsmi şikayət daxil olmayıb və insidentlə bağlı araşdırma davam edir”.

Qeyd edək ki, “Kristal Pelas” sona bir tur qalmış 45 xalla 13-cü pillədə qərarlaşıb. “Everton” isə 39 xalla 16-cı yerdədir.

# 2226
avatar

Oxşar yazılar