“Ayaks”ın türkiyəli qapıçı üçün  İstanbul səfəri
14 may 2022 03:34 (UTC +04:00)

“Ayaks”ın türkiyəli qapıçı üçün İstanbul səfəri

“Fənərbaxça”nın qapıçısı Aytay Bayındır legioner həyatı yaşaya bilər.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, 24 yaşlı qolkiper “Ayaks”ın maraq dairəsinə düşüb.

Türkiyə millisinin üzvünün son vaxtlar sərgilədiyi yüksək performans Niderland çempionunun diqqətini cəlb edib. Amsterdamlıların nümayəndələri bu transferi reallaşdırmaq üçün yaxın günlərdə İstanbula yollanacaq. İstanbul təmsilçisi kapitanını ancaq yüksək məbləğ qarşılığında satmağa razı olacaq.

Qeyd edək ki, Altay Bayındır bu mövsüm keçirdiyi 29 oyunda qapısından 34 qol buraxıb.

# 1884
avatar

Oxşar yazılar