"Leyptsiq"in futbolçusu Andre Silva Avropa çempionatı üçün Portuqaliya millisinin heyətində yer almayıb. Bununla belə, o, əsəbiləşməyib, vaxtını faydalı keçirmək qərarına gəlib və sevgilisi, modelyer Mariyaya evlilik təklifi edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Mariya çimərlik paltarları və alt paltarlarını reklam edir, bunun sayəsində sosial şəbəkələrdə çox populyardır. Andre ilə 2021-ci ildə Portuqaliyada tanış olublar və futbolçu “Leyptsiq” ilə müqavilə bağlayanda Mariya ona yaxın olmaq üçün Almaniyaya köçüb.
Sosial şəbəkələrdə Mariya Andre ilə bir şəkil paylaşıb və ona imza atıb: "İki bədən, bir ruh".