Arda Turana  baş məşqçilik   təklifi
23 iyun 2022 15:10 (UTC +04:00)

Arda Turana baş məşqçilik təklifi

Türkiyə millisinin sabiq kapitanı Arda Turan məşqçiliyə başlaya bilər.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi sabiq klubu “Atletiko”dan təklif alıb.

Madridlilər “Qalatasaray”dan yenicə ayrılan və hazırda azad agent statusu daşıyan ulduz futbolçudan karyerasını bitirməyini və “Atletiko”nun U-17 komandasının baş məşqçisi çalışmağını istəyib. Lakin Arda futbolu bitirib-bitirməməklə bağlı qərar verməyə tələsmir.

Qeyd edək ki, Arda Turan karyerası ərzində “Qalatasaray”, “Manisaspor”, “Atletiko”, “Barselona” və “Başakşəhər” klublarının formasını geyinib.

# 1959
avatar

Oxşar yazılar