Alonso "Real"a baş məşqçi gəlir? - Özü tarixi açıqladı
09 dekabr 2023 09:40 (UTC +04:00)

Alonso "Real"a baş məşqçi gəlir? - Özü tarixi açıqladı

“Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso bu mövsümün sonunda “Real”a rəhbərlik edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Alonso bu barədə vaxtı gələndə qərar verəcəyini açıqlayıb:

“Hər şey başqalarının təsiri ilə yoxsa öz istəyinizlə verəcəyiniz qərardan asılıdır? İndiyə qədər düz danışmışam. Mən anın doğru olduğunu hiss etdiyim zaman qərarımı verəcəm. Əminəm ki, bu baş verəcək”.

Artıq bir neçə aydır ki, mətbuatda yaxın vaxtlarda Alonsonun Madrid klubunun baş məşqçisi Karlo Ançelottini əvəz edə biləcəyi ilə bağlı məlumatlar yayılıb.

Alonso futbolçu karyerası ərzində 2009-2014-cü illərdə “Real Madrid”də çıxış edib. Bu müddət ərzində bütün yarışlarda 236 oyun keçirib, 6 qol vurub və 31 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7347
avatar

Oxşar yazılar