17 “neytral” idmançı Putinə görə  Olimpiadadan kənarlaşdırılıb
20 iyun 2024 10:49 (UTC +04:00)

17 “neytral” idmançı Putinə görə Olimpiadadan kənarlaşdırılıb

Ukrayna 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının ədalətli keçirilməsi üçün yorulmadan mübarizə aparır. 

Lent.az-ın xarici KİV-ə istnadla xəbərinə görə, Ukraynanın Gənclər və İdman Komitəsi Ukraynaya, Putinə və Rusiya ordusuna qarşı müharibəyə açıq şəkildə dəstək verən idmançıların iştirakdan kənarlaşdırılması prosesinə başlayıb.

Təfərrüatlar

İlk addım Beynəlxalq Olimpiya Komitəsinə (BOK) açıq şəkildə rusiyapərəst mövqe bildirən idmançıların siyahısını təqdim etmək olub. Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin Ukrayna Gənclər və İdman Nazirliyi və “Waters.Media” media layihəsindən araşdırmaçı jurnalist Artem Xudoleyevlə birgə tərtib etdiyi siyahıda Vladislav Larin, Tatyana Minina və Maksim Xramtsov kimi idmançıların adları yer alıb.

Görülmüş tədbirlər sayəsində ilk yoxlama dalğasından etibarən BOK Rusiya və Belarus pasportlarına malik 17 “neytral” idmançının yarışmasına icazə verməyib. Bundan əlavə, ruslar ağır atletikada bir dənə də kvota almayıblar və Rusiya və Belarus milli komandaları Kremlin təbliğat tədbirlərində iştirak edən ən titullu güləşçilərini itirib.

Olimpiadanın dəyərlərinə potensial təhlükə yarada biləcək digər idmançıların yoxlanılması davam edir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2001
avatar

Oxşar yazılar