Sumqayıtda külək hasarı aşırıb, ölən var.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb.
Güclü külək hasarı 45 yaşlı Natiq Haqverdiyevə məxsus "KamAZ" markalı maşının üzərinə aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.