Xose Miqel Qonsales (Miçel)
27 may 2021 14:11 (UTC +04:00)

Xose Miqel Qonsales (Miçel)

10 ildən sonra qayıtdı

İspaniyanın “Xetafe” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisini Xose Miqel Qonsales (Miçel) çalışdıracaq.

İspaniya millisinin və “Real”ın sabiq yarımmüdafiəçisi yeni mövsümdən komandaya rəhbərlik edəcək. 58 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Miçel 2009-11-ci illərdə də “Xetafe”yə rəhbərlik edib. 10 ildən sonra sabiq komandasına qayıdan mütəxəssisin son iş yeri Meksika təmsilçisi “UNAM Pumas” olub. İspaniyalı bu komandaya 2019-cu ilin iyulundan 2020-ci ilin iyulunadək rəhbərlik edib.

Qeyd edək ki, başa çatan mövsümdə La Liqada 15-ci olan “Xetafe”ni Pepe Bardoles çalışdırırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1803
avatar

Oxşar yazılar