“Terek” Ronaldoya 8 milyon dollar təklif etdi
0
0
Lent.az-ın məlumatına görə, Çeçenistan təmsilçisi dünya futbolu tarixində ən yaxşı hücumçulardan olan braziliyalı ulduza 1,5 illik müqavilə qarşılığında 8 milyon dollar əmək haqqı ödəməyə hazırdır.
Futbol agentlərindən biri bildirib ki, “Terek” rəhbərliyini “Yekədiş”lə danışıqlar aparmağa onun karyerasını cəmi 34 yaşında başa vurması vadar edib. Qroznı klubunda deyirlər ki, Roberto Karlos 38 yaşında “Anji”də oynaya bilirsə, 4 yaş cavan olan Ronaldo nəyə görə çıxış etməməlidir. Artıq ona dəvət də göndərilib. Lakin “sambaçı” cavab verməyib.
Ətraflı danışıqlar martın 8-də Qroznıda 2002-ci ilin dünya çempionları ilə Çeçenistan veteranları arasında baş tutacaq yoldaşlıq görüşü zamanı aparılacaq. Həmin görüşün iştirakçıları arasında Ronaldo da olacaq.