Azərbaycan klubunun şikayətinə Lozannada baxılacaq
18 fevral 2011 16:21 (UTC +04:00)

Azərbaycan klubunun şikayətinə Lozannada baxılacaq

Lent.az-ın məlumatına görə, görüşün supervayzeri yarış haqda bir daha qısa məlumat verdikdən sonra idmançılar çəki prosesinə dəvət olunublar.

Komandamızın heyətində Maqomed Əbdülhəmidov (54 kq), Semyon Qrivaçyov (61 kq), Osman Əliyev (73 kq), Rizvan Əlimuradov (85 kq) və Əbdülkadir Abdullayev (91+kq) mübarizə aparacaqlar. Koreya klubu isə döyüşə Lukaş Maşçik (54kq), Bahodirjon Sultonov (61 kq), Viktor Kotijanski (73 kq), Abdelxafid Bençabla (85 kq) və Çouaib Bulodinasla (+91 kq) çıxış edəcək.


“Baku Fires” baş meneceri Rizvan Gənciyev Qazaxıstan mətbuatında “Astana Arlans”ın baş meneceri Bolat Mankenovun “Bakıda bizə qarşı ədalətsizlik oldu. Nizam-intizam Komitəsinə müraciət etmişik” fikrinə münasibət bildirib. Gənciyev bütün bunların əsassız olduğunu və komandamızın rəqibdən güclü olduğunu qeyd edib: “İndiyədək 3 dəfə onlarla görüşmüşük, hər dəfə də qələbə bizim tərəfimizdə olub. Qazaxlar məğlubiyyətlə barışmaq istəmirlər. Onlar anlayıblar ki, “pley-off” mərhələsindən kənarda qala bilərlər, ona görə də belə yollara əl atırlar. Fevralın 24-də İsveçrənin Lozanna şəhərində WSB-nin bununla bağlı qərarı açıqlanacaq. İnanırıq ki, Nizam-İntizam Komitəsi məsələyə obyektiv qiymət verəcək”.


Həmin gün “Baku Fires”in də şikayətinə baxılacaq. Yanvarın 29-da Çinin Makao şəhərində keçirilmiş döyüşdə komandamız “Beijing Dragons” klubunu 3:2 hesabı ilə məğlub edib. Gənciyevin fikrincə, həmin döyüşdə komandamızın 2 boksçusuna qarşı ədalətsizlik olub.


Koreya klubunun baş məşqçisi Mars Kuçkaryov “Baku Fires”in qələbə yürüşünü dayandırmağa çalışacaqlarını bildirib: “Turnir cədvəlində sonuncu yeri tuturuq. Odur ki, bizə mütləq qələbə lazımdır”.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627

Oxşar yazılar