Oleq Bloxin Ukrayna yığmasına qayıdır
04 fevral 2011 19:55 (UTC +04:00)

Oleq Bloxin Ukrayna yığmasına qayıdır

Lent.az-ın məlumatına görə, bu barədə “Seqodnya” nəşri Ukrayna Futbol Federasiyasında (FFU) adı açıqlanmayan mənbəyə istinadən xəbər yayıb.

Mənbə bildirib ki, bu məsələ iki barışmaz rəqib – FFU və Premyer Liqanın prezidenti Vitali Danilovla razılaşdırılıb. Ötən ilin avqustundan etibarən Ukrayna yığmasına Yuri Kalitvintsev müvəqqəti rəhbərlik edir. Surkislə Marçello Lippi arasında danışıqlar isə dalana dirənib.

Qeyd edək ki, Oleq Bloxin 2003 – 2007-ci illərdə Ukrayna millisinin baş məşqçisi olub. Onun rəhbərliyi altında bu komanda 2006-cı il dünya çempionatında ən uğurlu çıxışı ilə yadda qalıb. Ukraynalılar ¼ finaladək irəliləməyi bacarıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814

Oxşar yazılar