“Neftçi” – “Xəzər Lənkəran” matçı martın 3-ə salındı
                                    
                                    0
                                
                                    0
                                
                                Lent.az-ın məlumatına görə, ilk oyunlara martın 2-də keçiriləcək AZAL – “Turan” matçı ilə start veriləcək. 
Cavab görüşü isə digər 3 qarşılaşmadan gec – martın 9-da olacaq.
Martın 3-də “Neftçi” – “Xəzər Lənkəran”, “Qəbələ” – “Bakı” və “Abşeron” – “İnter” qarşılaşmaları oynanılacaq. Bu komandalar martın 8-də yenidən üz-üzə gələcəklər.
Bununla yanaşı, Unibank Premyer Liqasının XXXI və XXXII turu, eləcə də ölkə kubokunun final matçının tarixində dəyişikliklər edilib. Bu, Azərbaycan milli komandasının 2012-ci il Avropa Çempionatının seçmə qrup mərhələsi çərçivəsində iyunun 3-də Qazaxıstan, bundan 4 gün sonra isə Almaniya yığmaları ilə keçirəcəyi oyunlara hazırlaşacağı ilə əlaqələndirilib. Dəyişikliyə əsasən, XXXI tur 14-15 maydan 12-13 maya, XXXII tur 21-22 maydan 18-19 maya, NBC Bank Azərbaycan kubokunun final oyunu isə 28 maydan 24 maya keçirilib.