Rövnəq Abdullayev: “İnsan gərək vicdanla danışsın”
03 iyul 2009 18:30 (UTC +04:00)

Rövnəq Abdullayev: “İnsan gərək vicdanla danışsın”

“Biz Babək Quliyevə çox böyük önəm verdik”.

Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

FİFA hakimi Babək Quliyevin dünən keçirilmiş mətbuat konfransında səsləndirdiyi ittihamlara münasibət bildirən assosiasiya başçısı vicdanlı hərəkət etməyin vacibliyini vurğulayıb: “Bir neçə ay əvvəl onu Premyer Liqanın birinci dövrəsinin ən yaxşı hakimi seçib, 10 min manat mükafat vermişik. İnsan gərək düz, vicdanına baxıb danışsın. Onun fikirlərini şərh etmək istəmirəm”.

Abdullayev, həmçinin bildirib ki, növbəti mövsümdə də ədalətli hakimliyin olmasına çalışacaqlar: “Azərbaycanda qərəzli hakimliyin aradan qaldırılmasına nail olmaq istəyirik. Növbəti mövsümdə çalışacağıq ki, bu məsələ birdəfəlik aradan götürülsün. Bunu etməsək, futbolun inkişafından danışa bilmərik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1126

Oxşar yazılar