Bakıda İsrail futbolçularına güclü təhlükəsizlik tədbirləri
01 iyul 2009 17:30 (UTC +04:00)

Bakıda İsrail futbolçularına güclü təhlükəsizlik tədbirləri

Məşqə jurnalistlər də buraxılmadı

Bu gün İsrailin “Pney Yequda” klubunun Tofiq Bəhramov adına respublika stadionunda keçirdiyi məşq həddən artıq gücləndirilmiş təhlükəsizlik tədbirlərilə gerçəkləşib. Lent.az-ın məlumatına görə, Azərbaycan tərəfini təmsil edən polis əməkdaşları və mühafizəçilər hətta klubun baş məşqçisinin mətbuat konfransına gedən jurnalistləri tədbirin keçirildiyi otağa onların sənədlərini olduqca ciddi şəkildə yoxladıqdan sonra buraxıblar. Mühafizəçilər bunu onlara verilən göstərişlə izah edib.

Mətbuat konfransı keçirildikdən sonra isə jurnalistləri həmişəkindən fərqli olaraq birbaşa futbol meydançasına gedən qapıdan çıxmasına icazə verməyiblər: jurnalistlər otaqdan birbaşa bayıra çıxarılıb. İsrail futbolçularının məşqini nəinki sadə azarkeşlər, heç jurnalistlərin də izləməsinə icazə verilməyib. Bu, “məşqin qapalı keçirilməsi” ilə izah olunsa da, qeyd olunan səbəb inandırıcı görünməyib. Belə ki, adətən jurnalistlərə bütün əcnəbi klubların məşqini izləməyə, ən azından bir neçə dəqiqəlik kadrlar götürülməsinə icazə verilir. Ancaq bu dəfə məşqdə heç bir kənar şəxsin, o cümlədən jurnalistlərin iştirakına icazə verilməyib.
Qeyd edək ki, “Simurq”-“Pney Yequda” oyunun sabah saat 20.00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1421

Oxşar yazılar

“Beşiktaş” öz meydanında uduzdu

“Beşiktaş” öz meydanında uduzdu

25 may 2025 , 23:22
Kilian Mbappe “Qızıl buts”  mükafatını qazandı

Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı

25 may 2025 , 21:31
Xabi Alonso

"Real"ın yeni baş məşqçisi təyin olundu

25 may 2025 , 15:04
Zaniolo  üçün qərar verildi: "Qalatasaray"lı  futbolçu İtaliyadan əliboş qayıdır

Zaniolo üçün qərar verildi: "Qalatasaray"lı futbolçu İtaliyadan əliboş qayıdır

24 may 2025 , 19:07
O da Ançelotti ilə vidalaşdı

O da Ançelotti ilə vidalaşdı

24 may 2025 , 14:49
"Barselona" onu satır

"Barselona" onu satır

24 may 2025 , 13:14
Modriçin hansı kluba keçməyə hazırlaşdığı  məlum oldu

Modriçin hansı kluba keçməyə hazırlaşdığı məlum oldu

24 may 2025 , 11:15
İtaliya A Seriyasının ən yaxşı futbolçusu  seçildi

İtaliya A Seriyasının ən yaxşı futbolçusu seçildi

24 may 2025 , 08:42