Hafiz Məmmədov ECA Baş Assambleyasına dəvət alıb
27 iyun 2009 10:00 (UTC +04:00)

Hafiz Məmmədov ECA Baş Assambleyasına dəvət alıb

“Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov ilk dəfə Avropa Klublar Assosiasiyasının (ECA) Baş Assambleyasına dəvət alıb. Lent.az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytına “Bakı” rəsmisi Nəriman Mehdiyev açıqlama verib.

Mehdiyev bildirib ki, toplantı sentyabrın 7-də İsveçrənin Cenevrə şəhərində öz işinə başlayacaq. İki gün davam edəcək iclasa Hafiz Məmmədov Azərbaycanı ECA-da təmsil edən “Bakı” klubunun nümayəndəsi kimi qatılacaq. Artıq ikiqat ölkə çempionunun mötəbər quruma üzvlüyü təsdiqlənib: “ECA işlər müdiri Diderik Devalyenin “Bakı” futbol klubunun bu mötəbər quruma üzvlüyünün təsdiq olunması barədə xəbəri bizi hədsiz dərəcədə sevindirdi. İndi “Bakı” futbol klubu “Milan”, “Barselona”, “Ayaks”, “Fənərbaxça”, “Zenit”, “Qalatasaray”, “Real”, “Şaxtyor”, “Barselona”, “Yuventus”, "Anderlext", "Mançester Yunayted", "Arsenal" kimi klublarla bir qurumda təmsil olunur. Etiraf edək ki, sıradan bir hadisə deyil. Digər tərəfdən isə klubumuz və ölkəmizin təbliği üçün ən yüksək tribuna əldə etmiş oluruq. ECA-da Azərbaycanda futbola olan diqqət və inkişafdan xəbərdardırlar, bu səbəbdən iqtisadi parametrlərə görə ən yüksək inkişaf templərinə malik ölkəmizə maraq olduqca böyükdür. Bunun nəticəsidir ki, “Bakı”nı böyük klubların məclislərində görmək istəyirlər”.

Qeyd edək ki, əvvəllər “G-14” və Avropa Klublar Forumu kimi tanınan ECA 2008-ci ildə rəsmən UEFA və FİFA tərəfindən tanınıb. Baş Assambleya 34 Avropa ölkəsinə aid 137 klubunun birliyidir. Qurumun sədri Almaniyanın “Bavariya” klubunun rəsmisi Karl Haynz Rummenigedir. “Barselona”nın prezidenti Xuan Laporta sədrin birinci müavini postunu tutur. Sədr müavini vəzifəsində isə Umberto Gandini (“Milan”) çalışır. Piter Kenyon (“Çelsi”), Ernesto Paolillo (“İnter”), Fernando Gomeş (“Portu”), Jan Mişel Aulas (“Lion”), Ramon Kalderon (“Real” Madrid), Rik Perri (“Liverpul”) və digərləri idarə heyətinin üzvləridirlər. ECA klublar və futbolçuların hüquqlarını müdafiə məqsədilə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1372

Oxşar yazılar

“Beşiktaş” öz meydanında uduzdu

“Beşiktaş” öz meydanında uduzdu

25 may 2025 , 23:22
Kilian Mbappe “Qızıl buts”  mükafatını qazandı

Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı

25 may 2025 , 21:31
Xabi Alonso

"Real"ın yeni baş məşqçisi təyin olundu

25 may 2025 , 15:04
Zaniolo  üçün qərar verildi: "Qalatasaray"lı  futbolçu İtaliyadan əliboş qayıdır

Zaniolo üçün qərar verildi: "Qalatasaray"lı futbolçu İtaliyadan əliboş qayıdır

24 may 2025 , 19:07
O da Ançelotti ilə vidalaşdı

O da Ançelotti ilə vidalaşdı

24 may 2025 , 14:49
"Barselona" onu satır

"Barselona" onu satır

24 may 2025 , 13:14
Modriçin hansı kluba keçməyə hazırlaşdığı  məlum oldu

Modriçin hansı kluba keçməyə hazırlaşdığı məlum oldu

24 may 2025 , 11:15
İtaliya A Seriyasının ən yaxşı futbolçusu  seçildi

İtaliya A Seriyasının ən yaxşı futbolçusu seçildi

24 may 2025 , 08:42