FHN-in şahmat çempionatı başa çatıb - FOTO
28 yanvar 2011 14:59 (UTC +04:00)

FHN-in şahmat çempionatı başa çatıb - FOTO

Lent.az-ın məlumatına görə, yanvarın 24-dən başlayan və İsveçrə sistemi ilə keçirilən yarışda FHN-in 21 qurumunu təmsil edən 84 şahmatçı iştirak edib.

3 əsas və 1 ehtiyat oyunçudan ibarət komandalar hər gün 2 görüş keçirib. 9 turdan sonra Elçin Sultanov (MMQK) qızıl medala, Ramiz İskəndərov (FHNA) gümüş, Rövşən Abbasov (TTNDA) isə bürünc mükafata sahib olub. Komandalardan FHN Akademiyası 1-ci, MMQK şahmatçıları 2-ci, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası isə 3-cü yeri tutub.

Sonda FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Fizuli Musayev fərqlənən şahmatçı və komandaları təbrik edib. O, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun nazirliyin əməkdaşlarının, o cümlədən hərbi və xüsusi rütbəli qulluqçularının fiziki hazırlığının yüksəldilməsi üçün idman tədbirlərinin keçirilməsini daim diqqətdə saxladığını qeyd edib. F.Musayev onların bu çıxışlarının ilboyu digər növlər üzrə yarışların nəticələrinə əlavə ediləcəyini diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1177

Oxşar yazılar