Azərbaycan yığması Dünya Kubokuna məğlubiyyətlə başladı
11 iyun 2009 10:00 (UTC +04:00)

Azərbaycan yığması Dünya Kubokuna məğlubiyyətlə başladı

Taekvondo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakı İdman Sarayında keçirilən komandalararası Dünya Kubokuna məğlubiyyətlə başlayıb. Lent.az-ın məlumatına görə, yığmamız qrupda keçirdiyi ilk görüşündə Rusiyaya uduzub – 2:3.

Millimizin heyətində yer alan 5 taekvondoçudan Samir Aydınovla (54 kq) Rəşad Əhmədov (82 kq) qələbə qazanmağı bacarıblar. Rövşən Məmmədov (63 kq), İlkin Şahbazov (72 kq) və Təvəkkül Bayramov (+82 kq) isə məğlub olublar.

Komandamız iyunun 12-də Braziliya, bundan bir gün sonra isə İtaliya ilə üz-üzə gələcək. Yığmamızın baş məşqçisi Ələkbər İmaməliyev Lent.az-a açıqlamasında xüsusən, İlkin Şahbazov və Təvəkkül Baytamovun Rusiya ilə görüşdə ümidləri doğrultmadığını bildirib. O, ¼ finala vəsiqə qazanmaq üçün qarşıdakı 2 görüşdə mütləq qələbə qazanmalı olduqlarını vurğulayıb.

Qeyd edək ki, Dünya Kubokunun iştirakçıları 6 qrupa bölünüblər. ¼ finala qrup qalibləri ilə yanaşı, ən yaxşı göstəriciyə malik 2 komanda çıxacaq. İyunun 14-də ¼ final, yarımfinal və final görüşləri keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1516

Oxşar yazılar

Son 65 ildə İLK:  ABŞ xokkey üzrə dünya çempionudur

Son 65 ildə İLK: ABŞ xokkey üzrə dünya çempionudur

26 may 2025 , 01:42
“Beşiktaş” öz meydanında uduzdu

“Beşiktaş” öz meydanında uduzdu

25 may 2025 , 23:22
Kilian Mbappe “Qızıl buts”  mükafatını qazandı

Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı

25 may 2025 , 21:31
Xabi Alonso

"Real"ın yeni baş məşqçisi təyin olundu

25 may 2025 , 15:04
Zaniolo  üçün qərar verildi: "Qalatasaray"lı  futbolçu İtaliyadan əliboş qayıdır

Zaniolo üçün qərar verildi: "Qalatasaray"lı futbolçu İtaliyadan əliboş qayıdır

24 may 2025 , 19:07
O da Ançelotti ilə vidalaşdı

O da Ançelotti ilə vidalaşdı

24 may 2025 , 14:49
"Barselona" onu satır

"Barselona" onu satır

24 may 2025 , 13:14
Modriçin hansı kluba keçməyə hazırlaşdığı  məlum oldu

Modriçin hansı kluba keçməyə hazırlaşdığı məlum oldu

24 may 2025 , 11:15