Fatih Terim: “Biri gün mən də Azərbaycana gələrəm” - MÜSAHİBƏ
Müsahibə zamanı apasport.az saytının əməkdaşı fürsətdən yararlanaraq, dünya şöhrətli məşqçiyə xüsusi hədiyyələri - üzərinə APA-nın loqosu yazılmış bloknot və qələmi hədiyyə edib. Fatih Terim bu gün Azərbaycanla keçiriləcək yoldaşlıq görüşü, Azərbaycan futbolu və digər məsələlərlə bağlı sualları maraqla cavablandırıb.
- Türkiyə Superliqası mayın 30-da başa çatıb. Bundan 3 gün sonraya isə Azərbaycanla yoldaşlıq görüşü təyin edilib. Yoxlama matçının sizin üçün önəmi nə dərəcədədir?
- Türkiyə yığmasında işlədiyim dövrdə Azərbaycana bir neçə dəfə getmişik. Amma burada oynamamışıq. Mövsümə yekun vurulduqdan sonra bir araya gəlmək, yoldaşlıq oyunu keçirməyi planlaşdırdıq. Digər tərəfdən Azərbaycan bizim üçün doğma xalqdır. Biz iki dövlət, bir millətik. UEFA yoldaşlıq görüşü üçün iki tarix vermişdi – 2 iyun və ya 5-6 iyun. Biz də iyunun 5-ni seçdik və sizi bura dəvət etdik. Siz bundan narazısınızmı? (gülür)
- Əlbəttə, bizə xoşdur. Azərbaycanla oyunda gənc futbolçuların potensialından istifadə olunacağı bildirilir. Sizin gənc və perspektivli oyunçulara üstünlük verəcəyiniz doğrudur?
- Yığmaya kim çağırılırsa, deməli, buna layiqdir. Gənc və ya yaşlı futbolçunun fərqi yoxdur. Heyətimizdə yorğun futbolçular var. Bəlkə də əsas heyət üzvlərindən kimlərsə ehtiyatda qalacaq və tez əvəzlənəcək.
- Türkiyə ilə görüş Superliqa klublarının diqqətini cəlb etmək baxımından azərbaycanlı futbolçular üçün yaxşı imkandır. Necə düşünürsünüz, onlar Superliqa klublarına düşmək şansları varmı?
- Şübhəsiz. Türkiyə klubları azərbaycanlıları izləyirlər. Klubların bəyənəcəyi azərbaycanlını, Türkiyə çempionatında görə biləcəyik. “Kocaelispor”da bir oyunçunuz var. Bundan yaxşı nə ola bilər ki.
- Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti Haluk Ulusoy bildirmişdi ki, azərbaycanlılar Superliqada legioner sayılmamalıdırlar. Bəs bu haqda siz nə fikirdəsiniz?
- Təkcə mən yox, bütün türk xalqı Azərbaycanı özünün qardaşı sayırlar. Əgər məhdudiyyət aradan götürülərsə, azərbaycanlı futbolçuların Superliqada oynamasını asanlaşdırar. Azərbaycanda mənim dostlarım çalışıblar. Ən axırıncı dəfə Əli Yavaş qardaş ölkəyə işləməyə gedib. Öncə isə Rasim Kara, Fuad Yaman, Naci Şensoy Azərbaycanda işləyib. Bizdən sizə işləməyə necə rahat gedirlərsə, qoy, sizin futbolçular bizə belə rahat gəlsinlər.
- Bəs Fatih Terim özü necə, Azərbaycanda çalışmaq niyyətindədirmi?
- Niyə də yox? Günlərin birində Fatih Terim də sizin dost ölkədə işləyər...
- Bundan ötrü hansı şərtlər lazımdır?
- İndi bunu demək çətindir. Amma futbol adamları hər yerdə ola bilər.
- Bu vaxta qədər Azərbaycandan milli komanda və ya klublardan zəng vurub, təklif göndərənlər olubmu?
- Yox. Bəzən Azərbaycandan məni jurnalistlər arayırlar. Son günlər isə heç bir zəng almamışam.
- Qeyd etdiyiniz kimi, bir sıra türk mütəxəssislər Azərbaycanda çalışıblar. Lakin onlar ölkəmizdə böyük uğur əldə edə bilməyiblər. Buna səbəb nədir?
- Bu şərtlərlə əlaqədardır. Mən Azərbaycan futbolunda inkişaf görürəm. Amma bu inkişaf tempi sabit və daimi olmalıdır. Bu, klublardan asılı olan məsələdir. Klublardan uşaq futbolunu inkişaf etdirməlidirlər.
- Sizcə, Azərbaycan futbolunun problemi hansılardır?
- Mən Azərbaycan futbolunun içində deyiləm. Buna görə də bu suala cavabım obyektiv olmayacaq. Dediyim kimi, klublar, uşaq futbolu, səviyyəli turnirlərin keçirilməsi və futbolun inkişafına dair planın olması vacibdir. Açığı, belə proqram olub-olmadığını bilmirəm, amma istənilən halda məsələ belə həllini tapmalıdır.
- Bizim futbol həvəskarları Türkiyə yığmasına, Azərbaycan milli komandasından heç də az azarkeşlik etmirlər. Gəlin, sizin komandanızdan danışaq. Türkiyənin 2010-cu il dünya çempionatının final mərhələsinə qatılmaq şansları böyük deyil. Əbəs yerə “İmperator” ləqəbi qazandığınızı sübuta yetirə biləcəksinizmi?
- Bizim şansımız var. İrəlidə Bosniya və Herseqovina ilə görüşümüz var. Biz sonadək mübarizə aparacağıq.
- Amma unutmaq lazım deyil ki, Bosniya və Herseqovina da indi inkişafdadır...
- Bosniyalıların həmişə yaxşı komandası olub.
- Hər halda, 5 il əvvəl bunu demək olmazdı.
- Onlar futbolda çox yaxşı bir dövr yaşadılar və bugünkü səviyyəyə yüksəldilər.
- 2002-ci il dünya çempionatının seçmə mərhələsində Türkiyə Azərbaycanla eyni qrupda yer almışdı. Yekunda “ay-uluduzlular” dünya birinciliyinin final mərhələsinə qatılıb, bürünc medallar qazandılar. İndi yenə də Azərbaycanla oyununuz var və ardından sizi seçmə mərhələdə çətin qarşılaşmalara gözləyir. Bu dəfə də ayağımız sizə düşərli olacaqmı?
- İnşallah, bu dəfə də belə olar. Mənim Bakıya ilk səfərim 1996-cı ildə baş tutub. Hərçənd, o vaxt bizim komandamızı bəyənməmişdiniz (gülür) Amma sonradan həmin oyunçular yüksək səviyyəyə qalxdılar.
- Siz mayın ortalarında Türkiyə Futbol Federasiyasının rəsmiləri ilə görüşməli və yığma ilə yanaşı, klubda da işləmək üçün icazə almalı idiniz. Lakin barmağınızla bağlı xoşagəlməz olay yaşadığınızdan, danışıqlar baş tutmayıb. Klublardan təklif almısınızmı?
- Bəli. Təkliflər nəzərdən keçirilir.
- Nə vaxtsa İtaliyaya qayıda biləcəyinizi söyləmişdiniz...
- Qayıda bilərəm. İtaliya mənim üçün uzaq ölkə deyil.
- Sonda Azərbaycanın futbol həvəskarlarına nə sözünüz var?
- Qardaşlarıma çoxlu-çoxlu salamlarımı çatdırın. Azərbaycanı çox sevirəm. Özünüzə yaxşı baxın!

1255