“Dolçe vendetta”: “Əbədi şəhər”in qan intiqamı
“Mən həmişə şər istəyən, amma xeyirə xidmət edən qüvvənin bir hissəsiyəm” (Hötenin “Faust”undan)
Romada tanışlıq zamanı yerlilərin bir-birlərinə verdikləri ilk sual belə olur: “Cosa tifi?”
(“Kimə azarkeşlik edirsən?) Adətən cavab münasibətlərin gələcək taleyini müəyyən edir. “Latsiale” və “romanistlər” gündəlik həyatda qohum, dost, sevgili ola bilərlər, lakin derbi günləri “Əbədi şəhər”də uzun onilliklər davam edən “qan intiqamı” əhval-ruhiyyəsi hakim olur. “Dolçe vendetta” təyinatı üzrə sonsuz nifaqın güclənməsinə, parçalanmaya meylli olsa da, futbol İtaliyasının qüdrətinin saxlanılmasına da öz töhfəsini verir.
“Roma”-“Latsio” qarşıdurmalarının keçirildiyi günlər İtaliya paytaxtının yaşantısı spesifik məcrada cərəyan edir. Gündüz Romanın müxtəlif hissələrində matçın mümkün nəticəsi, kumirlərin qəhrəmanlıqları və digər populyar mövzular müzakirə olunur. Axşama yaxın ultras (fanat qruplaşması) öz materialları - çoxsaylı bayraqlar, bannerlərlə bir yerdə “Stadio Olimpico”ya yaxınlaşır. Bu tip qarşıdurmalar üçün xoreoqrafiya qaçılmaz atributdur. Əgər “teatral performans” yoxdursa, deməli, tiffozi klub rəhbərliyindən kəskin narazıdır. Matç saatlarında isə “Əbədi şəhər”in ruhu olimpiya stadionunda baş verənlərdən qidalanır: futbola marağı olub-olmamasından asılı olmayaraq, hər bir romalı üçün “Dolçe vendetta”nın gerçəkləşdiyi qarşıdurmanı izləmək mütləq vəzifədir.
Apennində aparılan statistikaya əsasən, derbinin əhəmiyyətini anlayan valideynlər məhz “Roma”-“Latsio” matçları zamanı övladlarının gec saatlara kimi televiziya önündə qalmasına razı olurlar. Uşaqlar qarşıdurmanı izləməklə gələcəyin çılğın tifozzisi olmaq yolunda ilk addımlarını atır, böyüklərsə 90 dəqiqəlik “əsəb vannası” qəbul edirlər. “Dolçe vendetta” “Əbədi şəhər” sakinlərinin yaddaşında nifaq, birbaşa və məcazi mənada tökülən qanla assosiasiya olunur. İtalyansayağı emosiya partlayışları, qışqırtı və lənətlər həmin saatların ayrılmaz tərkib hissəsidir. Derbini qazanan yarım il triumfu ilə fəxr edir, məğlub olansa 6 ya revanş gününü gözləmək məcburiyyətində qalır. Vinçenzo De Amikonun “Dolçe vendetta” barəsində dedikləri bu baxımdan xrestomatik mahiyyət ifadə edir: “Yeni mövsümün təqvimi dərc olunanda heç kim birinci matçın kiminlə keçiriləcəyini soruşmur. Sual başqadır: “Derbi nə vaxtdır?”. Məğlubiyyət yalnız “skudetto”nun əldə edilməsi halında kompensasiya edilmiş sayılır. Çempionluq həmişə mümkün olmadığından derbi elə “skudetto” uğrunda matça çevrilir, zəfərsə qızıl medallara bərabər olur”.
Fərqlər
İtaliya və Avropa futbol mədəniyyətinin ən mühüm hadisələrindən sayılan “Roma derbisi”nin kökündə dayanan konflikt klubların mənşəyi və buna uyğun formalaşan tifozzeriya kütlələri arasındakı sosial, siyasi fərqlərə söykənir. Əsası “Piazza della Liberta” (Azadlıq” meydanı) yaxınlığındakı burjua kvartalı – “Prati”də qoyulan “Latsio” tarixən varlıların komandası kimi qəbul edilib. “Səmavi göylər”in ilk futbol meydançası – “Rondinella” faşist liderlərinin yaşadığı “Parioli”də yerləşirdi. “Roma”nın durumu isə tam fərqli idi. Həyatının ilk illərini proletariat kvartalı – “Testaçço”da keçirən “qırmızı-sarılar” kasıb əhalinin dəstəklədiyi klub olub. Digər tərəfdən, bəzi dairələr sözügedən komandaların fanatlarının differensasiyasına “yerli-gəlmə” prizmasından baxırlar. Hesab edilir ki, “Latsio” tərəfdarları şəhərin köklü sakinləri olduğu halda, “Roma” tiffoziləri sırasında İtaliyanın cənubundan təşrif gətirən əhali üstünlük təşkil edir. Yuxarıda qeyd edilənlər əsnasında qütbləşmənin siyasi aspektini anlamaq elə də çətin görünmür: 30-cu illər Mussolinidən ciddi dəstək alması bilinən “səmavi göylər” sağçıların, proletariat “callarossi” isə solçuların komandasıdır.
“Dolçe vendetta” iştirakçıları arasındakı fərqlər həm də simvolların xarakteristikasında əks olunur. “Latsiale”lər Akvila (qartal), “romanistlər” isə Luponu (qurd) müqəddəsləşdiriblər. Hər iki tərəfin mövqeyi antik şəhərin mənşəyi ilə bağlı mövcud olan əfsanələrdən qaynaqlanır. Birincilərə görə, Romanın banisi Romul qardaşı Remlə mübarizə apararkən ilk dəfə qartal görmüş və möhtəşəm varlığı gələcək dövlətin həqiqi simvolu qismində qəbul etmişdi. Akvilanın imperiya tarixində oynadığı ideoloji rol danılmazdır. Qədim Romada hesab edilirdi ki, Yupiter allahını simvolizə edən qartal yeni işğallara hüquq verən atributdur. Akvila sonralar legionların nişanlarında da əks olunmağa başladı. Simvolun itirilməsi legion üçün ən böyük biabırçılıq sayılırdı, odur ki, hərbi əməliyyatlarda birinci koqortanın əsas funksiyası qartalın qorunması ilə bağlı olurdu, elə digər ordu hissələri də Akvilanı həyatları bahasına mühafizə etməyə çalışırdılar. “Romanistlər”in canavarı isə antik mənbələrdə Romul və Remi qidalandıran, Roma xarakterini simvolizə edən varlıq kimi göstərilir.
Öndərlik davası
Sözügedən klublardan hansının daha öncə yaranması tiffozeriya kütlələri arasında spekulyasiya olunan mövzulardandır. Burada tərəflərin hər birinin öz arqumenti var. Əsası 1900-cu ildə idman gəzişi üzrə ixtisaslaşan cəmiyyət statusunda qoyulan “Latsio” ilk futbol matçını 1902-ci ilin 16 mayında “Virtus”a qarşı keçirib. “Roma”nın quruculuq prosesi bir neçə etapdan ibarətdir. 1901-ci ildə yaradılan klub qısa müddətdən sonra mövcudluğuna son qoyub. 1903-cü ildə bu günkü “canavarlar”ın birbaşa sələfi “Roman” təsis edilib. “Dolçe vendetta” rəqabətinin müasir formatının tarixi isə 20-ci illərin ikinci yarısından başlayır. 1922-ci ilin 22 iyul tarixində sinyor Kostarozanın evində gedən uzun diskussiyalardan sonra “Roman”, “Alba” və “Fortitudo” klubları birləşdirildilər. Unifikasiyada “Latsio”nun da iştirakı gözlənilsə də, “səmavi göylər” özlərinin iddia etdiyi kimi, müstəqilliklərini qorumaq, opponentlərinə görə isə mənasız eqoizmə söykənərək, eyni evdə yaşamaqdan imtina etdilər. “A” Seriyası çərçivəsində keçirilən ilk derbidə “canavarlar” üstün oldular. “Rondinella”dakı qarşıdurmada “callarosi” Volkonun qolu hesabına 2:1-lik qalibiyyət əldə etdi. “Latsiale”nin ilk triumfu isə 1932-ci ildə qeydə alınıb.
Qanlı toqquşmalar
“Dolçe vendetta” tarixinin ən acı səhifələrindən biri 1979-cu ilin 28 oktyabrına təsadüf edir. O zaman “Roma” tribunalarından göndərilən “fişəng” “Latsio” tifozzilərindən Vinçenzo Paparellinin ölümü ilə nəticələnmişdi. Buna kimi Kurva Nord ( qapı arxası şimal tribuna) və Kurva Sudu (qapı arxası cənub tribuna) sakitcəsinə bölüşən tərəflər arasındakı antoqonizm həmin andan xüsusilə kəskinləşdi. Paparellinin ölümündən sonra şimal tribunasına köçən “latsiale”lər ( sözügedən şəxslə bağlı kazus stadionun Kurva Nord hissəsində baş vermişdi) bir daha geri qayıtmadılar. Belə bir şəraitdə tam azadlıq əldə edən “romanistlər” isə Kurva Sudun yeganə sakinlərinə çevrildilər.
2001-ci ildə siyasi nümayiş zamanı öldürülən “Roma” azarkeşinin klub simvolikasını əks etdirən parçaya bükülərək basdırılması “Dolçe vendetta” rəqabətinin mühüm olaylarındandır. Bədbəxt hadisəyə səbəb olan polisin “latsiale” ehtirası barədə xəbərlər yayılanda isə tərəfdarlar bir-birlərinə əbədi nifrət elan etdilər.
2003/2004 mövsümünün ikinci derbisi həyat itkisi ilə sonuclanmasa da, ciddi konfrontasiyaya səbəb oldu. Tribunalardakı toqquşma matç iştirakçılarının oyuna konsentrasiya olmasına imkan vermirdi, bu zaman meydançaya yol tapan “Roma” ultrasının liderlərindən biri Françesko Tottiyə azyaşlı azarkeşin öldüyünü xəbər verdi. “Canavarlar”ın kapitanı sonradan yanlış olduğu müəyyən edilən məlumatı hakimə, o isə liqa prezidenti Qallianiyə çatdırdı, sonucda qarşıdurma başqa günə keçirildi. “Stadio Olimpico” tribunaları isə bu vaxt əsl döyüş meydanına çevrilmişdi. 150 nəfərin ağır xəsarət almasına səbəb olan olay “Roma derbisi” tarixinin son iri kriminal kazusu hesab edilir.
Vacib sözlər
“Dolçe vendetta” yalnız qan, qarşılıqlı qıcıqlanma deyil. Öncül futbol ölkələri daxili çarpışmaları ilə bir yerdə zirvəyə qalxıblar. İtaliyanın məşhur telejurnalisti Bruno Pizzula istinad etsək, romalılar, milanlılar, turinlilər bir-birlərinin “qanlarını tökməklə” kalçonun ümumi gücünü yüksəltmiş, İtaliyanı bu gün dayandığı pilotoja çatdırmışlar. Odur ki, hər şeyi qara rəngdə görmək lazım deyil, “Dolçe vendetta”nı da...
Orxan Amaşov

1211