Bakıda Avropa Ədalətli Oyunlar Komitəsinin Konqresi və Baş Assambleyası keçiriləcək
Tədbirdə 300 nəfərədək xarici qonaq iştirak edəcək
2009-cu il 17 oktyabrda Bakıda Avropa Ədalətli Oyunlar Komitəsinin Konqresi və Baş Assambleyası keçiriləcək.
Lent.az-ın məlumatına görə, bu barədə bu gün Milli Olimpiya Komitəsində keçirilən mətbuat konfransında Avropa Ədalətli Oyunlar Komitəsinin sədri Karlos Qonsalves məlumat verib. O bildirib ki, qurumun İcraiyyə Komitəsinin iclasında bir sıra məsələlər müzakirə olunub: “İclas zamanı gələcək konqresin proseduraları müzakirə olunub”.
K.Qonsalves Avropa Ədalətli Oyunlar Komitəsi haqqında da məlumat verib: “Komitə ilk dəfə 1994-cü ildə 14 ölkənin iştirakı ilə yaradılıb. Hazırda təşkilatın 40 üzvü var. Biz istəyirik ki, bütün Avropada adi insandan tutmuş yüksək qurumlara qədər ədalətli oyun prinsiplərini yayaq. Azərbaycanda da belə bir hərəkat təşkil olunub. O ən aktiv üzvlərdəndir. Ötən il keçirdiyimiz iclasda qərara alındı ki, növbəti konfransımızı Bakıda keçirək”.
İclasda müzakirə olunan məsələlər haqqında məlumat verən K.Qonsalves bildirib ki, iclas “İdman mədəniyyətlərarası dialoqun xidmətində” mövzusunda keçiriləcək: “Xaricdən 300-dək nümayəndə heyəti gələcək. Bununla yanaşı Azərbaycandan da mütəxəssislər, hakimlər gələcəklər”.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə bildirib ki, oktyabrda keçiriləcək iclasda elmi məsələlərlə bağlı məruzələr olacaq: “Bu məqsədlə BMT-nin Avropa Şurasının və digər elmi mərkəzlərin nümayəndələri məruzələr edəcəklər. Əsas mövzu mədəniyyətlərarası dialoq, etnik məsələlər və hakimlik ətrafında olacaq”.

Oxşar yazılar

İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39
Premyer Liqada futbolçu satışından ən çox pul qazanan hansı komandadır?
1 iyul 2025 , 12:39
"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31
3 güləşçimiz Avropa çempionatının finalında
30 iyun 2025 , 23:11
“Mən səni çox sevirəm” - Bellinqemin sevgilisindən doğum günü TƏBRİKİ
30 iyun 2025 , 19:46