“Bakı” “Neftçi” ilə görüşə dönüş nöqtəsi kimi baxır”
28 oktyabr 2010 17:12 (UTC +04:00)

“Bakı” “Neftçi” ilə görüşə dönüş nöqtəsi kimi baxır”

Lent.az-ın məlumatına görə, Əsədov klubun rəsmi saytına açıqlamasında rəhbərlik etdiyi komandada əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu vurğulayıb.

Gənc mütəxəssisin fikrincə, hazırda “Bakı” turnir cədvəlinin 8-ci pilləsində olsa da, matç gərgin keçəcək: “Hazırda komandada zədəli Rail Məlikovdan başqa futbolçuların hamısı oyuna hazırlaşırlar. “Neftçi” ilə “Bakı” arasındakı oyunlar həmişə prinsipial olub. Rəqib hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşsa da, oyunun gərgin keçəcəyini düşünürəm. Üstəlik, “Bakı” klubu son iki oyunda məğlub olduğundan, bizimlə görüşə dönüş nöqtəsi kimi baxır. Bizim üçün çətin olsa da, çalışacağıq ki, qələbə qazanıb turnir cədvəlində mövqeyimizi daha da möhkəmlədək”.

Qeyd edək ki, oktyabrın 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Bakı” – “Neftçi” matçı saat 17:15-də başlanacaq.
# 562

Oxşar yazılar