“Gəncə”nin baş məşqçisi açıqlandı
Gəncə Regional Futbol Federasiyasının yeni rəhbərliyi mətbuat konfransı keçirib
Bu gün Gəncə Regional Futbol Federasiyasının (GRFF) yeni rəhbərliyi mətbuat konfransı keçirib. Lent.az-ın Gəncəbasar müxbirinin məlumatına görə, tədbirdə GRFF-in prezidenti Xanlar Fətiyev “Gəncə” Peşəkar Futbol Klubunun strukturunun təsdiqləndiyini bildirib.
Onun sözlərinə görə, 3 illik fasilədən sonra bərpa olunan klubun prezidenti Elmir Əliyev, vitse-prezidentləri isə veteran futbolçu Mehman Allahverdiyevlə Musa Abdullayev olacaq. Komandaya Fuad İsmayılov baş məşqçi təyin olunub. Oyunçular yerli kadrlardan seçiləcək. Komanda yeni mövsümdən Azərbaycan çempionatının birinci dəstəsində oynayacaq. Klubun sponsoru isə “AzNur” Şirkətlər Qrupudur.
Gəncədə futbolun, xüsusən də uşaq futbolunun inkişafı üçün 4 komissiya yaradılıb. Komissiyaların rəhbərləri veteran futbolçulardır. Yarışların təşkili komissiyasına Müzəffər Qasımov, hakimlərlə iş üzrə komissiyaya Fərhad Hüseynov, nizam-intizam komissiyasına Zakir Süleymanov, uşaq futbolu məşqçiləri ilə iş üzrə komissiyaya isə Nizami Salahov başçılıq edəcək.
X.Fətiyev qarşıda duran vəzifələr barədə də açıqlama verib. “AFFA rəhbərliyinin dəstəyi ilə yaxın gələcəkdə Almaniyadan gələcək məşqçi uşaq futbol məşqçiləri üçün seminar keçirəcək. Gəncədə 60-dan çox uşaq futbolu məşqçisi var. Bu məşqçilərin fəaliyyəti araşdırılacaq, zəif işləyən məşqçilər kənarlaşdırılacaqlar”. Bundan əlavə “Gəncə” komandasının oyunlarının şəhərin yerli televiziya kanalları ilə yayımı da diqqətdə saxlanılacaq. Gəncədə hər il keçirilən və 85-ə yaxın komandanın qatıldığı “Sevinc” futbol turniri bundan sonra da davam etdiriləcək”.
Vüsalə Cənnətova

Oxşar yazılar

Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
25 may 2025 , 21:31
"Real"ın yeni baş məşqçisi təyin olundu
25 may 2025 , 15:04
Zaniolo üçün qərar verildi: "Qalatasaray"lı futbolçu İtaliyadan əliboş qayıdır
24 may 2025 , 19:07
O da Ançelotti ilə vidalaşdı
24 may 2025 , 14:49
"Barselona" onu satır
24 may 2025 , 13:14
Modriçin hansı kluba keçməyə hazırlaşdığı məlum oldu
24 may 2025 , 11:15
İtaliya A Seriyasının ən yaxşı futbolçusu seçildi
24 may 2025 , 08:42