![Dünya çempionatı: Növbəti 1/8 finalçı Braziliya oldu](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Dünya çempionatı: Növbəti 1/8 finalçı Braziliya oldu
Cənubi Afrika Respublikasında davam edən futbol üzrə dünya çempionatında daha bir ölkə 1/8 finala vaxtından əvvəl vəsiqəni təmin edib.
Lent.az-ın məlumatına görə, G qrupunda yer alan Braziliya Fildişi sahili yığması üzərində 3:1 hesablı qələbə sayəsində növbəti mərhələyə yüksəlib.
Yohannesburq şəhərindəki “Soccer City” stadionunda keçirilən oyunu fransalı baş hakim Stefan Lannua idarə edib. 25-ci dəqiqədə pentakampeonların kapitanı Luis Fabiano hesabı açıb. Fabiano 51-ci dəqiqədə “dubl”a imza atıb. Lakin bu epizodda onun əllə oynadığı referinin diqqətindən yayınıb. 62-ci dəqiqədə isə Türkiyənin “Qalatasaray” klubunda çıxış edən Elano Blümer fərqi 3-ə çatdırıb. 79-cu dəqiqədə Didye Droqba bu toplardan birinin əvəzini çıxıb.
Braziliya oyunu 10 nəfərlə başa vurmalı olub. Komandanın ilk və son qollarının ötürməsini verən Kaka 88-ci dəqiqədə digər “Qalatasaray”lı Əbdül Kader Keytaya dirsək zərbəsi endirdiyi üçün meydançadan qovulub. Bu səbəbdən, İspaniya “Real”ının yarımmüdafiəçisi qrupun son tur matçında Portuqaliya ilə oyunu buraxmalı olacaq. Amma Braziliya növbəti görüşə ikinci 1/8 finalçı kimi çıxacaq. KXDR üzərindəki 2:1 hesablı qələbədən sonra Fildişi Sahili yığmasını da 3:1 hesabı ilə yenən Braziliya xallarını 6-ya çatdırıb və növbəti mərhələyə ən azı qrup ikincisi kimi vəsiqə qazanıb. Fildişi Sahili və Portuqaliyanın hərəyə 1 xalı var. KXDR isə xalsızdır. İyunun 21-də II turun digər oyununda Portuqaliya ilə KXDR üz-üzə gələcək.
Qeyd edək ki, Braziliyadan öncə Hollandiya da 1/8 finala yüksəlib.

Oxşar yazılar
![“Qarabağ”dan minimalhesablı qələbə](https://lent.az/storage/news/2025/february/06/big/67a4f65ae9ec067a4f65ae9ec1173886421867a4f65ae9ebe67a4f65ae9ebf.jpg)
“Qarabağ”dan minimalhesablı qələbə
6 fevral 2025 , 21:52![Alvaro Morata futbol tarixinə düşdü: Transferinə ən çox pul verilən oyunçu kimi](https://lent.az/storage/news/2025/february/06/big/67a48c8f6bbbc67a48c8f6bbbd173883713567a48c8f6bbba67a48c8f6bbbb.jpg)
Alvaro Morata futbol tarixinə düşdü: Transferinə ən çox pul verilən oyunçu kimi
6 fevral 2025 , 19:34![Türkiyə kuboku: "Boluspor" - “Qalatasaray” oyununda 5 qol vuruldu](https://lent.az/storage/news/2025/february/06/big/67a4d3d8b0c5967a4d3d8b0c5a173885538467a4d3d8b0c5767a4d3d8b0c58.jpg)
Türkiyə kuboku: "Boluspor" - “Qalatasaray” oyununda 5 qol vuruldu
6 fevral 2025 , 19:19![Marselo karyerasını başa vurdu: 27 kuboku var](https://lent.az/storage/news/2025/february/06/big/67a4b64d9e8bc67a4b64d9e8bd173884782167a4b64d9e8ba67a4b64d9e8bb.webp)
Marselo karyerasını başa vurdu: 27 kuboku var
6 fevral 2025 , 18:10![40 yaşlı Kriştiano Ronaldo yubileyini kimlərlə qeyd etdiyini göstərdi](https://lent.az/storage/news/2025/february/06/big/67a478cd6310867a478cd63109173883207767a478cd6310667a478cd63107.webp)
40 yaşlı Kriştiano Ronaldo yubileyini kimlərlə qeyd etdiyini göstərdi
6 fevral 2025 , 17:16![Neymar "Santos"dakı ilk oyunun ən yaxşısı seçildi](https://lent.az/storage/news/2025/february/06/big/67a46cb3cef0667a46cb3cef07173882897967a46cb3cef0467a46cb3cef05.webp)
Neymar "Santos"dakı ilk oyunun ən yaxşısı seçildi
6 fevral 2025 , 14:58![Harri Keynin Bundesliqanın 50 oyununda 55 qolu - VİDEO](https://lent.az/storage/news/2025/february/06/big/67a4633d02ef867a4633d02ef9173882655767a4633d02ef667a4633d02ef7.jpg)
Harri Keynin Bundesliqanın 50 oyununda 55 qolu - VİDEO
6 fevral 2025 , 12:17![Julio Romao "Qarabağ”dan getdi](https://lent.az/storage/news/2025/february/05/big/67a3547d161ba67a3547d161bb173875724567a3547d161b867a3547d161b9.jpg)