Dünya çempionatı: Meksika Fransa mifini yırtdı
Cənubi Afrika Respublikasında (CAR) davam edən futbol üzrə dünya çempionatında A qrupunda da II tura yekun vurulub.
Lent.az-ın məlumatına görə, 2006-cı il mundialının finalçısı Fransa Meksika ilə qarşılaşıb.
Polokvane şəhərindəki “Peter Mokaba” stadionunda baş tutan görüş Meksika millisinin qələbəsi ilə nəticələnib – 2:0. Hər iki qolu sonradan meydançaya daxil olan futbolçular vurublar. 64-cü dəqiqədə Xavyer Ernandes hesabı açıb. Ernandes süni oyundankənar vəziyyət yarada bilməyən fransalı müdafiəçilərin səhvindən yararlanaraq, rəqib qapıçı ilə təkbətəkdən fərqlənib. Bundan 15 dəqiqə sonra baş hakim Xəlil Əl-Həmdi (Səudiyyə Ərəbistanı) Pablo Barreraya qarşı Erik Abidal tərəfindən edilən kobudluğu penalti kimi dəyərləndirib. Nəticədə Kuatemok Blanko yekun nəticəni müəyyənləşdirib.
Beləliklə, 2 oyundan 4 xal yığan Meksika yığması eyni xala malik Uruqvaya çatıb. Fransa ilə CAR-ın isə hərəyə 1 xalı var. İyunun 22-ə təsadüf edəcək III turda Meksika – Uruqvay, Fransa – CAR matçları keçiriləcək.

532