“Barselona” yeni prezidentini seçdi
İspaniyanın “Barselona” futbol klubunda prezident seçkisi keçirilib.
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, seçkidə iştirak edən 12,556 nəfərin 61,35 faizi Sandro Rosselə səs verib.
46 yaşlı Rossel digər namizədlərdən Aqusti Benedito (14,09%), Mark İnqla (12,29%) və Xaume Ferreri (10,80%) geridə qoyaraq, klubun 39-cu prezidenti olub. O, yeni vəzifəsinin icrasına iyunun 30-da başlayacaq və 2016-cı ilədək bu postda qalacaq.
Qeyd edək ki, Sandro Rossel “Barselona”nın prezidenti postunda Joan Laportanı əvəzləyib. 2003-cü ildən kataloniyalılara rəhbərlik edən Laportanın fəaliyyət müddəti başa çatdığı üçün namizədliyini yenidən irəli sürmək hüququ olmayıb. Rossel isə 2003 – 2005-ci illərdə “Barsa”nın vitse-prezidenti kimi çalışıb.

577