“Fənərbağça” azərbaycanlı atleti transfer etdi
30 aprel 2010 10:45 (UTC +04:00)

“Fənərbağça” azərbaycanlı atleti transfer etdi

Türkiyə mətbuatı Ramil Quliyevin kluba keçidini “müdhiş transfer” sayır

“Fənərbağça” idman klubu gənclər arasında 200 metr məsafəyə qaçışda Usain Boltdan sonra dünyada ən yaxşı göstəriciyə malik olan yüngül atlet (sprinter) Ramil Quliyevlə anlaşıb.


Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, kluba transfer olunan 20 yaşlı atlet bir ay sonra Portuqaliyada Avropa Çempionatı Klublar Kuboku yarışında 100 və 200 metr məsafəyə qaçışda “Fənərbağça”nın formasını geyinəcək.


“Fənərbağça” klubunun atletika şöbəsinin xarici əlaqələr üzrə nümayəndəsi Əlibəy Şükrüoğlu deyib ki, Ramil Quliyevin transferini çətin şərtlərdə həyata keçiriblər: “Bu transfer Türkiyə atletizmi və “Fənərbağça” üçün tarixi bir olaydır”.

Türkiyə mətbuatı da Ramil Quliyevin kluba keçidini “müdhiş transfer” kimi dəyərləndirib.
# 595

Oxşar yazılar