Qar yağdı, 13 dərəcə şaxta oldu - GÜNÜN HAVASI
06 fevral 2025 09:36 (UTC +04:00)

Qar yağdı, 13 dərəcə şaxta oldu - GÜNÜN HAVASI

Fevralın 6-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, bəzi yerlərdə hava şəraiti arabir yağıntılı keçib. Lənkəran-Astara zonasında intensiv olub.

Belə ki, düşən yağıntının miqdarı Lənkəranda 133, Astarada 86, Ağdamda 5, Biləsuvarda 4, Neftçala, Tərtərdə 2, Cəlilabad, Beyləqan, Şahbuz, Salyan, Naftalan, Balakən, Zaqatala, Oğuz, İsmayıllı, Quba, Qusar, Xaçmaz, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Lerikdə 21, Yardımlı 10, Qrızda 6, Göygöl, Şəki (Kişçay), Gədəbəydə 1 sm olub.

Şimal-qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Neftçala, Naftalanda 20 m/s, Culfa, Şabranda 18 m/s, Tərtərdə 16 m/s, Şahbuz, Hacıqabulda 15 m/s-dək güclənib.

Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Qax, Zaqatala, Şəki, Qusar, Yevlax, Zərdab, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7092

Oxşar yazılar

Pensiyaçılara ŞAD XƏBƏR:  Pullar vaxtından əvvəl ödəniləcək

Pensiyaçılara ŞAD XƏBƏR: Pullar vaxtından əvvəl ödəniləcək

4 iyun 2025 , 17:57
Xanlar Vəliyev metroda - FOTO

Xanlar Vəliyev metroda - FOTO

4 iyun 2025 , 17:42
6 prokuror HAKİM OLDU

6 prokuror HAKİM OLDU

4 iyun 2025 , 17:40
Leysan, sulu qar, dolu  - Hava XƏBƏRDARLIĞI

Leysan, sulu qar, dolu - Hava XƏBƏRDARLIĞI

4 iyun 2025 , 16:58
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

4 iyun 2025 , 16:44
Bu ayın sonu da 4 gün iş olmayacaq

Bu ayın sonu da 4 gün iş olmayacaq

4 iyun 2025 , 15:01
Əsgər valideynlərinə XƏBƏRDARLIQ:  Qurban bayramında görüşə gəlməyin

Əsgər valideynlərinə XƏBƏRDARLIQ: Qurban bayramında görüşə gəlməyin

4 iyun 2025 , 14:56
Düzgün bağça seçimini necə edək? - Psixoloqdan AÇIQLAMA

Düzgün bağça seçimini necə edək? - Psixoloqdan AÇIQLAMA

4 iyun 2025 , 14:12