Avropa Liqasının da finalçıları müəyyənləşdi
30 aprel 2010 10:00 (UTC +04:00)

Avropa Liqasının da finalçıları müəyyənləşdi

İngiltərənin paytaxtı Londonda və Liverpul şəhərində futbol üzrə Avropa Liqasının finalçıları müəyyənləşib. Lent.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab görüşlərində “Liverpul” İspaniya “Atletiko”sunu, “Fulhem” isə Almaniya “Hamburq”unu qəbul edib.

Hər iki oyun meydan sahiblərini 2:1 hesablı qələbəsi ilə başa çatıb. Lakin bu qələbələrdən yalnız biri İngiltərə klubunu finala çıxarıb. “Fulhem” tarixində ilk dəfə Avroliqanın finalında oynamaq hüququ qazanıb. Baş məşqçi Roy Hocsonun komandası “Hamburq”u öz arenasında final matçına çıxmaqdan məhrum edib.

Lakin mayın 12-də Hamburq şəhərində İngiltərə finalı baş tutmayacaq. “Atletiko” klubu “Liverpul”la səfər matçında əlavə vaxtda uduzsa da, məhz rəqib meydanında vurduğu bir qol sayəsində həlledici qarşılaşmada iştirak hüququna yiyələnib.

“Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) – 2:1 (əsas vaxt – 1:0, əlavə vaxt – 1:1)
Alberto Akvilani, 44. Yossi Benayun, 95 – Dieqo Forlan, 102
İlk oyun – 0:1

“Fulhem” (İngiltərə) – “Hamburq” (Almaniya) – 2:1
Saymon Devis, 69. Zoltan Gera, 76 – Mladen Petriç, 22
İlk oyun – 0:0.

Qeyd edək ki, bundan öncə Çempionlar Liqasının finalçıları müəyyənləşib. Mayın 22-də İspaniyanın paytaxtı Madriddəki “Santyaqo Bernabeu” stadionunda “Bavariya” (Almaniya) və “İnter” (İtaliya) klubları üz-üzə gələcəklər.
# 583

Oxşar yazılar