Arda  “AST”ni aldı
26 aprel 2010 10:00 (UTC +04:00)

Arda “AST”ni aldı

Türkiyə milli komandasının və “Qalatasaray” klubunun futbolçusu Arda Turan uzun müddətdir bir iş adamından satın almağa çalışdığı “TR 34-AST-10” dövlət nömrə nişanına, nəhayət, sahib olub. Lent.az-ın “İnternethaber”ə istinadən verdiyi məlumata görə, Arda bunun üçün 50 min avro ödəyib.

O, həmin nömrəni məşhur aparıcı və veriliş rejissoru Acun Ilıcalıdan aldığı “Aston Martin” markalı avtomobilinə vurub. Məhz AST seriyasını seçməsinin isə iki səbəbi olub. Bunlardan biri AST-ni avtomobilin adına uyğunlaşdırmaq istəyi ilə əlaqədardır. Digər səbəb evlənməyi düşündüyü Sinem Kobal olub. AST sözündəki hərflərin abbreviaturasını “Arda-Sinem-Turan” kimi də oxumaq olar. 10 rəqəmi isə Ardanın geyim nömrəsinə uyğunlaşdırılıb.
# 637

Oxşar yazılar