Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti öldü
21 aprel 2010 10:30 (UTC +04:00)

Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti öldü

Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Xuan Antonio Samaranç İspaniyanın Barselona şəhərində vəfat edib.


Lent.az-ın məlumatına görə, Samaranç kəskin ürək çatışmazlığı diaqnozu ilə çatdırıldığı “Kiron” xəstəxanasında dünyasını dəyişib.


Qeyd edək ki, Xuan Antonio Samaranç 17 iyul 1920-ci ildə Barselonada doğulub. O, 1980-2001-ci illərdə Beynəlxalq Olimpiya Komitəsinə başçılıq edib. 2001-ci ildən ömürlük fəxri prezidenti olub.
# 643

Oxşar yazılar