Bakı klubları əyalətlərdə büdrədi – NƏTİCƏLƏR
10 aprel 2010 10:30 (UTC +04:00)

Bakı klubları əyalətlərdə büdrədi – NƏTİCƏLƏR

Futbol üzrə Unibank Premyer Liqasında XXVII turun ilk oyun gününə yekun vurulub. Lent.az-ın məlumatına bu gün keçirilən 4 görüşdən 2-si ilk, 2-si isə ikinci “6-lığ”a təsadüf edib.

İlk “6-lıq”dakı oyunlarında Bakının “İnter” və “Neftçi” komandaları yenə xal itkisi ilə üzləşiblər. “İnter” “Qəbələ” ilə səfər matçında qələbəni son anda əldən verib. Komandalar hərəyə bir dəfə fərqləniblər. Hər iki qol penaltidən vurulub. Bu heç-heçədən sonra “İnter”in 1-ci, “Qəbələ”nin isə 6-cı pillədəki mövqeyində dəyişiklik baş verməyib.

“Neftçi” isə ardıcıl ikinci məğlubiyyətini Ağdamda “Qarabağ”dan alıb. Bu, həm də Azərbaycan Kubokunun son sahibinin final mərhələsində ilk qələbəsi olub. Qazandığı 3 xal sayəsində “Qarabağ” ən azı bir günlük 3-cü pilləyə yüksəlib. “Neftçi” isə 5-ci pilləyə enib.

İkinci “6-lıq”dakı görüşlərə gəldikdə, “Muğan” Bakının daha bir təmsilçisi “Olimpik-Şüvəlan”ı, “Standard” isə “Simurq”u məğlubiyyətə uğradıb. Lakin bu nəticələr komandaların turnir cədvəlindəki mövqelərinə təsir göstərməyib:

“Qarabağ” – “Neftçi” - 2:0
Georgi Adamiya, 48. Rauf Əliyev, 75

“Qəbələ” – “İnter” - 1:1
Kənan Kərimov, 90-penalti ilə - Robertas Poşkus, 61-penalti ilə

“Muğan” – “Olimpik-Şüvəlan” - 2:1
Vüsal Hüseynov, 45. Fərrux İsmayılov, 53 - Anatoli Doroş, 57

“Standard” – “Simurq” - 3:1
Vladimir Mazyar, 39. Fərid Quliyev, 49. Riçard Riqelme, 77 - Elşən Məmmədov, 47

Hesabat turuna aprelin 11-də keçiriləcək daha 2 oyunla yekun vurulacaq:

16:00. “Bakı” – “Xəzər-Lənkəran”
Tofiq Bəhramov adına Respublika stadionu

16:00. “Turan” – “Karvan”
Tovuz. Şəhər stadionu

1 – 6-cı yerlər

1. “İnter” - 24 xal (15 oyuna)
2. “Xəzər-Lənkəran” – 22 (14)
3. “Qarabağ” – 19 (15)
4. “Bakı” – 17 (14)
5. “Neftçi” – 16 (15)
6. “Qəbələ” - 15 (15)

7 – 12-ci yerlər

7. “Simurq” – 26 (15)
8. “Olimpik-Şüvəlan” – 25 (15)
9. “Turan” – 20 (14)
10. “Muğan” – 20 (15)
11. “Standard” – 18 (15)
12. “Karvan” – 9 (14)

Bombardir: Anatoli Doroş (“Olimpik-Şüvəlan”) – 12 top.
# 535

Oxşar yazılar