Daha bir güləşçisi yığmamızdan qovuldu
08 aprel 2010 11:00 (UTC +04:00)

Daha bir güləşçisi yığmamızdan qovuldu

Buna legioner idmançının zəif çıxışları səbəb olub

Daha bir yunan-Roma güləşçisi Azərbaycan milli komandasından qovulub.


Bu haqda Lent.az-a açıqlamasında yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Elçin Cəfərov məlumat verib.


Baş məşqçi bildirib ki, 97 kiloqram çəkidə çıxış edən Denis Mişin heyətdən kənarlaşdırılıb və buna Rusiya əsilli güləşçinin zəif çıxışları səbəb olub: “Biz Denis Mişini 2007-ci ildən bəri Avropa, dünya çempionatlarında, olimpiya yarışlarında, bir sıra beynəlxalq turnirlərdə sınadıq. O, ümidlərimizi doğrultmadı. Əvəzində həmin çəkidə çıxış edən azərbaycanlı güləşçi Səbuhi Hümbətov ötən il gənclər arasında Avropa çempionatının bürünc mükafatını qazanıb. Legioner güləşçi yerli güləşçidən iki qat üstün olmalıdır, halbuki biz Denis Mişində bunun əksini gördük. Əksinə, o, bizim yerli güləşçidən zəifdir. Əgər o, yerli güləşçilərdən zəifdirsə, onu saxlamağın nə mənası var?”


Elşən
# 524

Oxşar yazılar